Modern.az

Sumqayıtda 64 yaşlı qadın özünü asdı

Sumqayıtda 64 yaşlı qadın özünü asdı

Aktual

8 Avqust 2021, 10:12

Sumqayıtda 64 yaşlı qadın intihar edib.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” bağlar massivində qeydə alınıb.


Belə ki, 1957-ci il təvəllüdlü Məmişova Səmənnaz İsmayıl qızı yaşadığ evdə özünü asaraq intihar edib. İntiharın səbəbləri bilinmir.


Meyit aidiyyatı üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı