Füzuli rayonunda 16 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Muradlı Elgün Hikmət oğlunu vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ oturaq və qasıq sümüklərinin sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır. (Report)