Modern.az

FHN-in növbəti qrupu Muğlaya çatdı

FHN-in növbəti qrupu Muğlaya çatdı

Aktual

8 Avqust 2021, 10:58

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin Muğla vilayətinə çatıb.


Modern.az xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir.


Onlar bu gün yanğınsöndürmə əməliyyatlarına cəlb olunacaq.


Qeyd edək ki, hazırda FHN-nin 710 şəxsi heyəti, 93 texnika, bir ədəd helikopter və bir amfibiya təyyarəsi Türkiyədəki yanğınlarda fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?