Modern.az

Quba və Qəbələ meşələrində yanğın söndürüldü

Quba və Qəbələ meşələrində yanğın söndürüldü

Aktual

8 Avqust 2021, 11:20

Quba və Qəbələdə meşə yanğınları baş verib.


Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.


Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.


Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.


Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) isə 1,5 ha sahədə quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.


Yanğın söndürülüb və meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı