“Mirine” və “Liput” tropik qasırğaları Yaponiyaya doğru hərəkət edir.
Modern.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında “Mirine” qasırğası Yaponiyanın şərq sahillərinə çatıb. “Liput” qasırğasının isə həmin gün axşam saatlarında Kyüşü adasına çatacağı gözlənilir.
Bazar günü səhər saatlarında qasırğanın yaxınlaşdığı Çiba prefekturasının bəzi rayonlarında təxliyə xəbərdarlığı elan edilib.
Həmin gün axşam Kyüşü adasına çatacaq “Liput” qasırğasının da özü ilə güclü külək və yağış gətirəcəyi gözlənilir. Meteoroloqların bildirdiyinə görə, Yaponiyanın qərbində də leysan yağışları yağacağı və ildırım çaxacağı proqnozlaşdırılır. Çaylarda suyun səviyyəsinin qalxması səbəbindən ərazidə daşqınlar və torpaq sürüşmələri barədə əhaliyə xəbərdarlıq edilib.