Modern.az

Dənizdə batan 74 yaşlı kişinin meyiti tapıldı

Dənizdə batan 74 yaşlı kişinin meyiti tapıldı

Aktual

8 Avqust 2021, 12:09

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində 1 nəfərin dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1947-ci il təvəllüdlü Həsənov Nizami Əbülfət oğlunun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?