Modern.az

Aİ İranla nüvə danışıqlarına hazırlaşır

Aİ İranla nüvə danışıqlarına hazırlaşır

Aktual

8 Avqust 2021, 14:49

İranla bağlanmış nüvə sazişinin xilasına xidmət edən və hazırda yarımçıq saxlanan Vyana danışıqları sentyabr ayında davam etdirilə bilər.

 

Modern.az CNN-ə istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) rəsmi dairələri bu barədə mətbuata məlumat veriblər.

 

Bildirilib ki, İran təmsilçiləri də ötən günlərdə Vyana danışıqlarının bərpa olunma ehtimalına dair fikirlər səsləndiriblər. Aİ tərəfi İranda yeni hökumətin təşkilindən dərhal sonra danışıqların yeni mərhələsinin başlanacağına ümid bəsləyir.

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı