Modern.az

Beyləqanda asfalt daşıyan “KamAZ” aşdı

Beyləqanda asfalt daşıyan “KamAZ” aşdı

Aktual

8 Avqust 2021, 14:58

Beyləqan rayonu ərazisində “KamAZ” markalı yük avtomobili aşıb.

 

Modern.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində baş verib. “KamAZ” markalı yük avtomobilinin aşması nəticəsində nəqliyyat vasitəsinin yük yerində olan asfalt yola dağılıb.

 

Nəticədə avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb.

 

Asfaltın yığılmasından sonra hərəkət tez bir zamanda tam bərpa edilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı