Modern.az

İsraildə karantin yenidən sərtləşdirildi

İsraildə karantin yenidən sərtləşdirildi

Aktual

8 Avqust 2021, 16:20

İsraildə koronavirusa yoluxmaların artması səbəbindən karantin tədbirləri yenidən sərtləşdirilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə bu gündən etibarən qapalı və ya açıq məkanlarda keçirilən tədbirlərə giriş üçün “yaşıl keçid sistemi”nin tətbiqinə başlanılıb.

 

Yeni sistemə əsasən, tədbirlərə qatılmaq istəyənlərdən vaksin sertifikatı, COVID-19-dan sağaldığını göstərən sənəd və son 72 saat ərzində verilmiş mənfi nəticəli PCR testinin cavabı tələb olunur.

 

Bundan başqa, açıq və ya qapalı məkanlarda 100 nəfərdən çox şəxsin qatıldığı tədbirlərdə maska taxmaq məcburidir.

 

Nazirliklər isə əməkdaşların 50 faizi ilə işə davam edəcəklər.

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?