Modern.az

Tokio-2020 başa çatdı - FOTO

Tokio-2020 başa çatdı - FOTO

Aktual

8 Avqust 2021, 17:10

Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya oyunlarının bağlanış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasim Milli stadionda təşkil olunub.

 

Tədbirdə yalnız xüsusi qonaqlar və nümayəndə heyətlərinin bir qismi iştirak edib.

 

Bağlanış mərasimi çərçivəsində olimpiyaçılarının yürüşü olub. Paradda yığmalar tam olmayan heyətlə stadiondan keçərək Tokio-2020 ilə vidalaşıblar.

 

Qeyd edək ki, Azərbaycan yığması da tədbirə qatılıb. Ölkəmizin üçrəngli bayrağını sərbəst güləş yarışlarında gümüş medal qazanan Hacı Əliyev daşıyıb.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı