Modern.az

Cüdoçularımız Avropa kubokunu 2 medalla başa vurdu  

Cüdoçularımız Avropa kubokunu 2 medalla başa vurdu  

Aktual

8 Avqust 2021, 21:31

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışı keçirilib.

 

Modern.az xəbər verir ki, avqustun 7-də start götürən turnirin ikinci günü komandamız aktivinə daha bir medal yazdırıb. Belə ki, təmsilçilərimizdən İmran Yusifov (100 kiloqramdan yuxarı) 3-cü yeri tutub.

 

Yarışın birinci günündə Nurlan Osmanov (73 kq) gümüş medal qazanıb. Beləliklə, cüdo komandamız yarışı iki medalla başa vurub.

 

Qeyd edək ki, 2 gün davam edən turnirdə 14 ölkədən 200-ə yaxın cüdoçu iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?