Modern.az

Yığmamızın baş məşqçisi Polşaya getdi

Yığmamızın baş məşqçisi Polşaya getdi

Aktual

8 Avqust 2021, 21:43

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Polşaya səfərə yollanıb.

 

Modern.az AFFA-ya istinadən xəbər verir ki, səfərin məqsədi karyeralarını bu ölkədə davam etdirən Azərbaycan milli komandasının üzvləri Mahir Emreli ilə Anton Krivotyukun çıxış etdiyi komandaların oyunlarını izləməkdir.

 

Qeyd edək ki, Anton Krivotsyukun çıxış etdiyi “Visla Plock” klubu avqustun 9-də Polşa çempionatının 3-cü turunda “Radomiak” klubu ilə qarşılaşacaq. Mahir Emrelinin formasını geyindiyi “Legia” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində avqustun 10-da “Dinamo” (Zaqreb, Xorvatiya) klubu ilə üz-üzə gələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?