Modern.az

Millimiz Çexiya yığmasına uduzub

Millimiz Çexiya yığmasına uduzub

Aktual

8 Avqust 2021, 23:19

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərindəki beynəlxalq “Savaria” turnirində sonuncu oyununu keçirib.

 

Modern.az xəbər verir ki, millimiz Çexiya yığması ilə qarşılaşıb. Görüş çexiyalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Voleybolçularımız ilk oyunda Macarıstan seçməsinə 2:3 hesabı ilə məğlub olublar. Növbəti oyunda Niderlanda qarşılaşan yığmamız 0:3 hesabı ilə uduzub. Beləliklə, seçməmiz turnirdə sonuncu olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı