Kanadanın Toronto şəhərində atışma olub.
Modern.az "CBC" telekanalına istinadən xəbər verir ki, insident nəticəsində azı 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Məlumata görə, ölənlər 28 və 43 yaşlı kişilərdir.
Cinayətin detalları hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.