Modern.az

Bir gecədə 4 maşın yandı  

Bir gecədə 4 maşın yandı  

Aktual

9 Avqust 2021, 08:40

Bakının Binəqədi rayonunda “Ford” markalı (qəzalı) yük avtomobilinin yanar hissələri yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yüksək temperaturdan digər avtomobilin - “Mercedes” markalı yük avtomobilinin 1 qapısı, üstündə olan soyuducusu qismən və “Jeep” markalı minik avtobilinin 1 ədəd arxa fənəri və buferi əriyib.Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

 

Biləsuvar rayonunun Çaylı kəndində isə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?