Modern.az

İki tona yaxın çətənə kolu məhv edildi

İki tona yaxın çətənə kolu məhv edildi

Aktual

9 Avqust 2021, 11:10

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Fıstıqlı kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 700 kiloqram olan 5431 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?