Modern.az

Ceyhun Bayramov Lavrovla danışıqlar apardı

Ceyhun Bayramov Lavrovla danışıqlar apardı

Aktual

9 Avqust 2021, 14:07

Avqustun 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki,  nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə ediblər.

 

Tərəflər, eyni zamanda, ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

 

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?