Modern.az

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi yaradıldı

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Katibliyi yaradıldı

Aktual

9 Avqust 2021, 14:48

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili həmin Koordinasiya Şurasının Katibliyi tərəfindən həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

 

Koordinasiya Şurasının Katibliyinin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirəcək.

 

İndiyə qədər Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Prezident İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə yaradılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?