Modern.az

“e-KOB evi” portalı yaradılır

“e-KOB evi” portalı yaradılır

Aktual

9 Avqust 2021, 14:57

Azərbaycanda “e-KOB evi” portalı yaradılır.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

 

Fərmanda edilən dəyişiklikdə bildirilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə “e-KOB evi” portalının yaradılması, fəaliyyəti, portalda “Sahibkarın elektron kabineti” və “Biznes Naviqator” altsistemlərinin yaradılması, dövlət orqanları tərəfindən KOB evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsi təmin edilsin.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?