Modern.az

QMİ Ümrə ziyarəti ilə bağlı müzakirələr aparır

QMİ Ümrə ziyarəti ilə bağlı müzakirələr aparır

Aktual

9 Avqust 2021, 16:29

Səudiyyə Ərəbistanı Krallığını Həcc və Ümrə Nazirliyi Ümrə ziyarəti ilə bağlı şərtləri açıqlayıb.

 

Qafqaz Müsəlmanları İdarəsindən Modern.az-a verilən məlumata görə, hazırda Ümrə ziyarəti üçün qoyulan şərtlər idarə tərəfindən müzakirə edilir. Bildirilib ki, ziyarət üçün şərtlər pandemiya qaydalarına uyğundur.

 

Ümrə ziyarətinə 18 yaşdan yuxarı olan və koronavirusa qarşı peyvənd olunmuş şəxslər gedə bilərlər. Ümrə ziyarəti üçün Pfizer, AstraZeneca, Moderna, Johnson&Johnson vaksinləri keçərlidir. Lakin gələcəkdə Sinovac və Sinopharm vaksinlərinin də keçərli olması nəzərə alına bilər. Eyni zamanda Ümrə ziyarətinə gedənlər Səudiyyə Ərəbistanında test verəcəklər və cavab neqativ çıxdığı halda ziyarətə icazə veriləcək.

 

QMİ-dən bildirilib ki, bütün bu şərtlər ətraflı müzakirə edildikdən sonra müvafiq qərar qəbul ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?