Modern.az

Aviasiyamız yanğın bölgələrinə min tona yaxın su səpib

Aviasiyamız yanğın bölgələrinə min tona yaxın su səpib

Aktual

9 Avqust 2021, 18:20

“Hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir".

 

Modern.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

 

Nazir bildirib ki, bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub.

 

"Helikopterimiz 134 uçuş həyata keçirib və yanğın bölgəsinə 332 ton su töküb. Amfibiya təyyarəsi isə yanğınların söndürülməsi üçün 615 ton su səpib”, - deyə E.Mirzəyev vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?