Modern.az

Yunanıstan Azərbaycana təşəkkür etdi

Yunanıstan Azərbaycana təşəkkür etdi

Aktual

9 Avqust 2021, 18:25

Yunanıstan Xarici İşlər Nazirliyi ölkədə irimiqyaslı meşə yanğınları ilə mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstan XİN-in "Twitter" hesabında paylaşım edilib.

 

Yunanıstanda 10 gündən artıq müddətdə 47 dərəcəyədək anomal istilər qeydə alınıb. Bununla əlaqədar ölkədə 154 meşə yanğını baş verib. Təkcə son sutka ərzində 98 yeni yanğın başlayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?