Modern.az

KTMT rəhbəri və Karapetyan yeni silah tədarükünü müzakirə etdi

KTMT rəhbəri və Karapetyan yeni silah tədarükünü müzakirə etdi

Aktual

9 Avqust 2021, 19:30

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə KTMT Katibliyi məlumat yayıb.

 

Görüş Zasın Ermənistana səfəri çərçivəsində baş tutub.

 

Tərəflər təşkilatın kollektiv qüvvələrinə müasir silah tədarükü və Ermənistanın 2022 -ci ildə təşkilata sədrliyinin ümumi gündəmini müzakirə ediblər.

 

Görüş zamanı oktyabr-noyabr aylarında Tacikistanda keçiriləcək hərbi təlimlər də müzakirə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi