Modern.az

“Taliban” ABŞ -ın təklifini rədd etdi

“Taliban” ABŞ -ın təklifini rədd etdi

Aktual

9 Avqust 2021, 19:35

“Taliban” qiyamçıları ABŞ-ın Əfqanıstanda yeni hökumət qurmaq təklifini qəbul etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə qiyamçıların rəsmi nümayəndəsi Zabiullah Mücahid bildirib.

 

O, tərəflərin danışıqlarında bu məsələnin hələ müzakirə olunmadığını deyib.

 

“Amma ümumilikdə keçid hökumətini qəbul etmirik”, - deyə Mücahid qeyd edib.

 

Qiyamçıların nümayəndəsi onu da vurğulayıb ki, paytaxt Kabilin ələ keçirilməsi ilə bağlı müzakirələr yalnız digər şəhərlər üzərində nəzarət ələ keçirildikdən sonra aparılacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?