Modern.az

“Prezidentin bütün tapşırıqlarını uğurla yerinə yetirəcəyik” - Etibar Mirzəyev

“Prezidentin bütün tapşırıqlarını uğurla yerinə yetirəcəyik” - Etibar Mirzəyev

Aktual

9 Avqust 2021, 19:44

“Biz bu gün qardaşlarımızın yanındayıq, bütün ərazilərdəki yanğınlar sona çatana qədər də burda olacağıq”.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

 

Nazir müavini bildirib ki, bu günə kimi yanğınlar nəticəsində Türkiyədə 64.5 hektar meşə sahəsi məhv olub: “Yanğınların geniş əraziyə yayılmasının qarşısının alınması üçün Türkiyənin daxili işlər, energetika nazirləri ilə, deputatlarla görüşlər keçiririk. Bütün məsələləri onlarla birlikdə koordinasiya edirik. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşımıza qoyulan bütün tapşırıqları uğurla yerinə yetirəcəyik və yanğınlar başa çatdıqdan sonra qürur hissi ilə Azərbaycana qayıdacağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?