Modern.az

“Barselona” Messiyə görə 137 milyon dollar itirəcək

“Barselona” Messiyə görə 137 milyon dollar itirəcək

Aktual

9 Avqust 2021, 20:34

34 yaşlı argentinalı hücumçu Lionel Messi “Barselona” futbol klubunu tərk etdiyinə görə, komanda 137 milyon dollar itirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Brand Finance” konsaltinq şirkəti məlumat yayıb.

 

Hesablamalara görə, Kataloniya klubu yaxın bir neçə ildə Messinin köynəklərinin və digər marketinq məhsullarının satışından bu qədər gəlir əldə edə bilərdi.

 

Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi iyulun 1 -də başa çatıb. Onun iki illik müqavilə imzalayaraq karyerasını Fransanın PSJ klubunda davam etdirəcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi