Modern.az

Bill Qeyts milyarderlər siyahısında beşinci yerə endi

Bill Qeyts milyarderlər siyahısında beşinci yerə endi

Aktual

9 Avqust 2021, 23:51

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts həyat yoldaşından rəsmən boşandıqdan sonra dünyanın ən varlı adamları siyahısında dördüncü yeri itirib.

 

Modern.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.

 

Hazırda milyarderlər siyahısında beşinci olan Qeytsin varidatının 129,6 milyard dollar olduğu təxmin edilir.

 

Qeyd edək ki, dünyanın ən zənginlərinin reytinq cədvəlində dördüncü pillədə “Facebook” şirkətinin qurucusu Mark Zukerberq qərarlaşıb. Onun sərvəti 130,3 milyard dollardır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?