Dünyada koronavirusa yoluxanların sayı son sutkada 419 mindən çox artıb.
Modern.az xəbər verir ki, ötən sutka ərzində 419 271 nəfər koronavirusa yoluxub, 6278 nəfər dünyasını dəyişib.
Yoluxma hallarının ümumi sayı 203 821 974, ölənlərin isə 4 313 195 nəfərə çatıb.
İndiyədək ən çox yoluxma faktı ABŞ-da qeydə alınıb. Bu ölkədə 36 566 943 nəfərdə virus aşkarlanıb.
Siyahıda növbəti yerlərdə Hindistan (31 995 395), Braziliya (20 165 672), Rusiya (6 469 910), Fransa (6 310 933), Böyük Britaniya (6 094 243), Argentina (5 018 895), Kolumbiya (4 838 984), İspaniya (4 627 770), İtaliya (4 400 617) və İran (4 199 537) qərarlaşıb.