Modern.az

Növbəti erməni terrorundan 31 il ötür  

Növbəti erməni terrorundan 31 il ötür  

Aktual

10 Avqust 2021, 09:09

Bu gün erməni terrorçularının Tiflis-Ağdam marşrutu ilə hərəkət edən avtobusu partlatmasından 31 il ötür.

 

Modern.az-ın məlumatına görə, 1990-cı ilin 10 avqustunda Tiflis-Ağdam marşrutu ilə hərəkət edən avtobusun partladılması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Cinayəti törətmiş erməni terrorçuları Armen Avanesyan və Mixayil Tatevosov həbs olunub.

 

1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilib, M.Tatevosov isə 15 il azadlıqdan məhrum edilib.

 

İstintaq zamanı məlum olub ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırıb, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməyiblər.

M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?