Modern.az

Həyətində toy edən şəxslər cərimələndi

Həyətində toy edən şəxslər cərimələndi

Aktual

10 Avqust 2021, 09:11

Saatlıda karantin qaydalarının pozulduğu toylar aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd, Məzrəli, Potubəyli və Qara Nuru kəndlərində yerləşən 4 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

 

Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı