Modern.az

Hacıqabulda dezinfeksiya işləri davam edir - FOTO

Hacıqabulda dezinfeksiya işləri davam edir - FOTO

Aktual

10 Avqust 2021, 11:57

Hacıqabul rayonu ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etməkdədir.

 

İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, infeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında dezinfeksiya işləri davam etdirilir.

 

Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər, qəsəbə və kəndlərdə əhali arasında insanların karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün maarifləndirmə işləri ciddi qaydada aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?