Modern.az

Hafiz Hacıyev sağaldı: “Gələn həftə Bakıya gəlirəm”

Hafiz Hacıyev sağaldı: “Gələn həftə Bakıya gəlirəm”

Aktual

10 Avqust 2021, 13:58

“Hazırda səhhətimdə hər hansı problem yoxdur, yaxşıyam. Artıq müalicəm başa çatıb. 3, 4 gün xəstəxanada qaldım. İndi xəstəxanadan çıxmışam, amma hər gün yoxlama üçün ora gedirəm, bayaq da yoxlanmaq üçün xəstəxanadaydım. Gələn həftə Bakıya gələcəyəm”.

 


Bu sözləri Modern.az-a səhhəti ilə bağlı danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 


O, Türkiyədə olsa da, ölkədəki vəziyyətdən xəbərdar olduğunu bildirib: “Partiya öz gücündədir, işləməyə davam edir. Ölməsək, sağ qalsaq, gələn həftədən fəaliyyətə başlayacam”.

 


Qeyd edək ki, Hafiz Hacıyev bir neçə həftə əvvəl səhhətində yaranan problemə görə Türkiyə xəstəxanalarından birinə yerləşdirilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı