Modern.az

Naftalanda dezinfeksiya işləri davam etdirilir - FOTO

Naftalanda dezinfeksiya işləri davam etdirilir - FOTO

Aktual

10 Avqust 2021, 14:59

Naftalan şəhərində  koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, şəhər ərazisində sanitar-epidemioloji durum Naftalan Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış xüsusi Qərargah tərəfindən ciddi nəzarətdə saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir. İnfeksiyanın şəhər ərazisində yayılmasının qarşının alınması məqsədilə Naftalan şəhərində növbəti kütləvi dezinfeksiya tədbirləri həyata keçirilib.

 

Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələri dezinfeksiyaedici maddələrlə yuyulub, çoxmənzilli binaların giriş blokları və pilləkənlər, gündəlik tələbat malları mağazalarının, apteklərin giriş-çıxışları, bankomatların yerləşdiyi ərazilər, parklar təkrar dezinfeksiya olunub. Eyni zamanda, şəhər İcra Hakimiyyəti yanında yaradılan Qərargahın üzvlərindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən şəhər ərazisində karantin rejimi qaydalarının təmin olunması üçün gündəlik nəzarət tədbirləri həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?