Modern.az

Naxçıvanda indiyədək neçə nəfərə vaksin vurulub?

Naxçıvanda indiyədək neçə nəfərə vaksin vurulub?

Aktual

10 Avqust 2021, 17:18

Ötən dövrdə muxtar respublika üzrə 61 min 241 nəfər COVID-19 əleyhinə vaksin qəbul edib və bu iş davam etdirilir.

 

Modern.az-ın məlumatına görə, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir.

 

Komissiyanın təşkilatçılığı ilə bu il fevralın 2-dən muxtar respublikada COVID-19 xəstəliyinə qarşı vaksinasiya aparılır.

 

Peyvəndə ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçiləri, bunun ardınca isə digər əhali qrupları mərhələli şəkildə cəlb olunub. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini əhalinin sağlamlığına hesablanıb. Vaksinasiyalar zamanı heç bir narahatlıq müşahidə olunmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı