Türkiyənin Qaradəniz bölgəsində leysan yağışları bir sıra fəsadlar törədib.
Modern.az xəbər verir ki, güclü yağışlar səbəbindən bölgədə bir çox evi və iş yerlərini su basıb, torpaq sürüşmələri meydana gəlib.
Bundan əlavə, yollarda yaranan irimiqyaslı gölməçələr maşınların və piyadaların hərəkətində çətinliklər yaradıb.
Məlumata görə, Rize vilayətində torpaq sürüşməsi nəticəsində bir məktəbin hasarı çöküb. Bir neçə ev dağılma təhlükəsi ilə üzləşib. Bəzi kəndlərdən əhali təxliyə edilib. Vətəndaşlar məscidlərdə gecələməli olublar.
Yaranan vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən işlər aparılır.