Modern.az

Daha 3 erməni hərbçinin cəsədi tapıldı

Daha 3 erməni hərbçinin cəsədi tapıldı

Aktual

10 Avqust 2021, 19:02

Bu gün Füzuli və Xocavənd rayonlarının ərazisində müharibə zamanı məhv edilən erməni hərbi qulluqçuların axtarış işləri həyata keçirilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, axtarışlar zamanı 3 erməni hərbi qulluqçunun cəsədi aşkarlanıb.

 

Cəsədlərdən ikisi Füzuli, biri isə Xocavənd rayonundan tapılıb. Onların kimliyi məhkəmə tibbi ekspertizasından sonra təsdiqlənəcək.

 

Qeyd edək ki, noyabrın 10-dan bu günə qədər azad edilən ərazilərdə 1634 erməni hərbi qulluqçunun cəsədi aşkar edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?