Modern.az

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına bürünəcək

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına bürünəcək

Aktual

10 Avqust 2021, 20:19

Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunacaq.

 

Türkiyənin Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak edəcək.

 

Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvləriylə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün sabah saat 19.30-da Heydər Əliyev Mərkəzinin qarşısında olacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı