Modern.az

Şahmatçımız Dünya Kubokunun qalibi oldu

Şahmatçımız Dünya Kubokunun qalibi oldu

Aktual

10 Avqust 2021, 22:56

Azərbaycanın yeniyetmə şahmatçısı Cahandar Azadəliyev rapid üzrə Düny Kubokunun qalibi olub.

 

Modern.az xəbər verir ki, o, 12 yaşadək şahmatçılar arasında onlayn formatda keçirilən yarışda bütün görüşlərini qələbə ilə başa vurub.

 

10 mümkün xaldan hamısını toplayan Azadəliyev çempionluq tituluna sahib çıxıb.

 

Qeyd edək ki, Dünya Kubokunda iştirak edən Azərbaycanın digər iki şahmatçısından Ramazan Şərifov 54-cü, İsmayıl Məmmədov isə 186-cı yeri tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!