Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 124 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son sutkada 264 647 nəfərdən test götürülüb, onların 26 597-nin koronavirus testi pozitiv nəticə verib, 14 954 nəfər sağalıb.
Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil olmaqla 79 014 674 peyvənd tətbiq edilib.