Modern.az

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

Aktual

11 Avqust 2021, 07:53

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.


FHN-dən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.


İlkin məlumata əsasən, təqribən 4 ha sahədə quru ot və kol-kos yanır.


Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi