Modern.az

Bakıda intihara cəhdin qarşısı alındı

Bakıda intihara cəhdin qarşısı alındı

Aktual

11 Avqust 2021, 07:57

Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!