Modern.az

Kəlbəcər yenidən ATƏŞƏ TUTULDU

Kəlbəcər yenidən ATƏŞƏ TUTULDU

Aktual

11 Avqust 2021, 09:33

Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

 

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi