Modern.az

Koronavirus xəstəsi mağazada aşkarlandı

Koronavirus xəstəsi mağazada aşkarlandı

Aktual

11 Avqust 2021, 10:25

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Zaqatala şəhər sakini Ömər Aşdıyevə ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin o, qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Mağazada aşkarlanan Ö.Aşdıyev polis əməkdaşları tərəfindən evinə geri qaytarılıb.

 

Həmin şəxs barəsində Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!