Modern.az

Horadiz şəhəri dərmanlanır

Horadiz şəhəri dərmanlanır

Aktual

11 Avqust 2021, 10:20

Füzuli rayonunda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə dezinfeksiya işləri gücləndirilib.

Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Horadiz şəhəri və ətraf kəndlərdə küçə və prospektlər kommunal təyinatlı texnikalar vasitəsilə məhlulla yuyularaq dərmanlanıb.

Həmçinin, Qazaxlar Mirzənağılı və Əhmədalılar kəndlərində də dezinfeksiya işləri yerinə yetirilib. Görülən işlərlə yanaşı, rayon ərazisində idarə-müəssisə binaları, eyni zamanda, sakinlərin sıx toplaşdığı ərazilər, yaşayış binaları təkrar olaraq xüsusi məhlulla dərmanlanıb. Bu kimi tədbirlər mütəmadi davam etdiriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı