Azərbaycan Xarici İşlər Nazirliyi Əlcəzairə başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə XİN "Twitter"də paylaşım edib.
"Əlcəzairdəki meşə yanğınları və onun dağıdıcı nəticələri barədə xəbərlər bizi dərindən kədərləndirdi. Meşə yanğınlarının qurbanlarının ailələrinə başsağlığı verir və yaralıların hamısının tezliklə sağalmasını diləyirik. Bu çətin zamanda fikrimiz və dualarımız dost Əlcəzair xalqı ilədir", - paylaşımda qeyd olunub.