Bu ilin altı ayında dövlət qeydiyyatına alınan doğum sayları açıqlanıb.
Modern.az-ın məlumatına görə, “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, ilin birinci yarımilində 56 301 doğum dövlət qeydiyyatına alınıb.