Modern.az

Daha 2 siyasi partiya ofislə təmin olundu  

Daha 2 siyasi partiya ofislə təmin olundu  

Aktual

11 Avqust 2021, 14:30

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

 

İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...