"Türkiyədə fəaliyyətə başlayan ankarabaku.com media platforması Azərbaycan və Türkiyənin dünyada haqq səsi olmağa çalışır".
Modern.az xəbər verir ki, bunu saytın ideya müəllifi və qurucusu türkiyəli şair-publisist, kinorejissor Özgür Bacaksız MediaTürk TV-də yayımlanan "Turanla Gənəşək" verilişində deyib.
O, bildirib ki, adıçəkilən media platforması 44 günlük Vətən Müharibəsində Azərbaycanın haqq savaşını bütün dünyaya, eləcə də türk dünyasına çatdırmaq üçün xeyli işlər görüb, bir sıra layihələr gerçəkləşdirib.
Özgür Bacaksızla ətraflı müsahibəni bu gün saat 18:30-da MediaTürk TV-də izləyə bilərsiniz.