Modern.az

Sabah 42 dərəcə isti olacaq

Sabah 42 dərəcə isti olacaq

Aktual

12 Avqust 2021, 12:58

Sabah Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 25-28° isti, gündüz 37-40° isti, Bakıda gecə 26-28° isti, gündüz 38-40° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40° , bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 26-31° isti olacaq.

 

Gözlənilən hava şəraiti haqqında məlumata gəlincə, avqustun 14-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bəzi yerlərdə 41-42° isti, respublikanın rayonlarında 35-40 ° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir