Modern.az

10 nömrəli marşrutun hərəkət sxemi dəyişdi

10 nömrəli marşrutun hərəkət sxemi dəyişdi

Aktual

12 Avqust 2021, 13:20

Bakı Nəqliyyat Agentliyi çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksini şəhərin mərkəzi ilə əlaqələndirən 10 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edib.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, sabahdan marşrut üzrə avtobusların hərəkət sxemi Kompleksin ərazisindən keçməklə yeni inşa edilən massivdə ("Kristal Abşeron") yaşayan 1 500-dən artıq sakinin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin edəcək.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir